Səbaildə 24 milyardlıq istehsal olub

Səbaildə 24 milyardlıq istehsal olub
Oxunma sayı: 849

Səbail rayonunda 2017-ci ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlər və 2018-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub. 

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, iclasda çıxış edən icra başçısı Eldar Əzizov respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat verib, il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışıb. O, deyib ki, rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbailin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. 

İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev 2017-ci il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə rayonun iri sənaye  müəssisələri tərəfindən 24 milyard 421,87 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8 % çox məhsul istehsal edilib, iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 450,4 milyon manat və ya 5,5  faiz çox olub. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 133,7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 7 milyard 823,8 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 5.528,0  milyon manat  olub.

İl ərzində Xaqani, Üzeyir Hacıbəyov, Puşkin küçələrində yerləşən yaşayış binalarının fasadlarının üzlənməsi aparılmış, hazırda Bülbül prospekti, Üz.Hacıbəyov, Əhməd Cavad küçələrində bir sira binaların fasadları, səkilər təmir olunur. 

Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri -  qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, bələdiyə və kommunal xidmətlərin işindəki çatışmamazlıqlar, qanunsuz tikintilərin qarşısınını alınması, Bayıl yamacındakı torpaq sürüşməsi hadisəsinin fəsadlarının aradan qaldırılması və sakinlərin problemlərinin həlli və digər məsələlərlə bağlı fikirlərini bildiriblər. 

Yığıncaqda Prezident Administrasıyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Tağı Tağıyev çıxış edib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi