Səbaildə 8 Mart qeyd olundu

sebailde-8-mart-qeyd-olundu
Oxunma sayı: 639

“Qafqazinfonun verdiyi xəbərə görə, tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov əvvəlcə 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verib.

A.Əsgərov bildirib ki, respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir: “Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Ombudsman, komitə sədri, Milli Məclis üzvlərinin 20-i, bir neçə nazir müavini, respublikanın bir çox rayonlarının icra hakimiyyəti başçılarının müavinlərindən biri, bir sıra məhkəmələrin sədrləri və hakimləri qadınlardır”.

Tədbirin sonunda A. Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə iştirak edən qadınlara hədiyyələri təqdim olunub.

Görüş incəsənət ustalarının konserti ilə başa çatıb.