Səbaildə aksiya keçiriləcək - Fotolar

sebailde-aksiya-kecirilecek-fotolar
Oxunma sayı: 671

Bu barədə “Qafqazinfo”ya rayonun İcra Hakimiyyəti Başçısı Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən məlumat verilib.

İçəri şəhər “Cümə” məscidi dini icmasının sədri, axund Hacı Surxay Məmmədli də bildirib ki, artıq neçə ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur: “İçəri şəhər “Cümə” məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq “Cümə” məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb”.

Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir: “Buna görə də talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və artıq 6-cı dəfə Aşura günü məsciddə qanvermə aksiyası təşkil olunacaq. Artıq məsciddə qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaq. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 130-dan çox insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub”.

Qeyd edək ki, Səbail rayonunda “Cümə” məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.

Nigar Məmmədli