Səbaildə əhalinin pulsuz göz müayinələri keçirilib

sebailde-ehalinin-pulsuz-goz-muayineleri-kecirilib
Oxunma sayı: 1041

Görkəmli oftalmoloq, Tibb Elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayondakı ən müasir tibb müəssisələrindən olan «Dünyagöz» Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ci yaşayış sahəsində şəhid ailələri, müharıbə veteranları və əlilləri, məcburi köçkünlər və imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələrinin keçirilməsi ilə bağlı aksiya keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, klinikanın səyyar laboratoriyası 20-ci sahəyə gələrək sakinlərin müayinəsini keçiriblər. Gün ərzində və eləcə də sabah rayon sakinləri peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinələrdən keçərək lazımı məsləhətlər alıblar. Ehtiyac yarandıqda isə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar.