Səbaildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

sebailde-heyder-eliyevin-xatiresine-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 1076

Səbail rayonunda ümummmilli lider Heydər Əliyevin xatirəsinə hərs olunmuş “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilib.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirak etdiyi tədbir Azərbaycan Dövlət Musiqili Teatrında baş tutub.

Azərbaycan Respublikasının  Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında  İohan Sebastyan Baxın «Ariya»sı səslənib. Orkestrin ifası zamanı ekranda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video fraqmentlər nümayiş etdirilib. 

Tədbirdə qeyd olunmuşdur ki, 14 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev əbədiyyətə qovuşub. 

Xalq artisti Vaqif Əsədovun rejissorluğu ilə hazırlanmış anım mərasimi Zəlimxan Yaqubun Heydər Əliyevin xatirəsinə ithaf etdiyi “Böyük ömrün dastanı” poemasından şerlərlə davam edib. Tədbirdə Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən video-fotolar nümayiş etdirilib,  onun sevdiyi mahnılar ifa olunub və Leyla Əliyevanın “Qəlbin yaddaşı” şeri səslənib.

Səhnədə həmçinin əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Günel İmanova ulu öndərə həsr olunmuş şerləri oxuyublar.