Səbaildə İdman gününə həsr olunmuş tədbir keçirilib

sebailde-idman-gunune-hesr-olunmus-tedbir-kecirilib
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, rayon rəhbərliyi, rayon ictimaiyyətin nümayəndələrinin, ali və orta məktəblərin tələbə və şagirdlərinin, gənclərin və idmançıların iştirakı ilə keçirilən tədbirdən əvvəl Əl Oyunları Sarayının foyesində gənc şahmatçılar və damaçıların yarışı keçirilib.
Tədbir dövlət himninin səslənməsi ilə başlanıb. Sonra idman-bal rəqsləri klublarının cütlükləri rəqs ediblər. “Attila” İdman Klubu cüdoçuları, peşəkar “Rabitə” klubunun voleybolçuları, Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Gimnastika məktəbinin gimnast qızları və akrobatika gimnastları, “Təbəssüm” rəqs qrupunun üzvləri tamaşaçılar qarşısında çıxış edibər. Daxili İşlər Nazirliyi Daxili Qoşunların Xüsusi təyinatlı dəstəsinin nümunəvi çıxışları tədbiri daha rəngarəng edib.

Rəsmi hissəsini açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov “5 Mart – Bədən Tərbiyəsi və İdman günü” münasibəti ilə gəncləri və bütün idmansevərləri təbrik edib: “Dövlət başçısı tərəfindən 2012-ci ilin “İdman ili” elan olunub. Bu gün Azərbaycan idman ictimaiyyətinin qarşısında növbəti məqsəd durur - 2020-ci il Olimpiya Oyunlarını qəbul etmək”.

Tədbirdə idmanda fərqlənən bir qrup Səbailli gəncə və idman məşqçisinə rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.

Nigar Məmmədli