Səbaildə Mülki Müdafiə tədbiri keçirilib

sebailde-mulki-mudafie-tedbiri-kecirilib
Oxunma sayı: 1772

1 Mart - Ümümdünya Mülki Müdafiə günü ilə bağlı Səbail rayonunda tədbir keçirilib.

Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, İH-nin, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları MM İdarəsinin, nazirliyin  Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, Səbail Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, bələdiyyənin əməkdaşları, rayon Veteranlar təşkilatlarının, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri 132-134 №-li Təhsil Kompleksində baş tutub. 

İcra Hakimiyyəti Başçısının müavini Eldar Ağayev bildirib ki, Ümümdünya Mülki Müdafiə günü münasibəti ilə rayon İcra Hakimiyyəti tərəfindən müvafiq sərəncam qəbul olunub və bir sıra tədbirlər hazırlanıb. Buna uyğun olaraq rayonun bir çox idarə və təşkilatlarında, o cümlədən təhsil müəssisələrində mararifləndirici xarakterli tədbirlər keçirilir. 

Rayonun Fovqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, əsas məqsəd şagirdləri maarifləndirmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza   hadisələri zamanı düzgün təxliyə olunmasının öyrədilməsidir. 

Sonra orta məktəbin siniflərində maarifləndirici açıq dərslər keçirilib. Bu  dərslərdə şagirdlərə əyani vəsaitlər və video filmlər nümayiş olundu, onların fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.