Səbaildə narkomaniya əleyhinə tədbir keçirildi

sebailde-narkomaniya-eleyhine-tedbir-kecirildi
Oxunma sayı: 1673

Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon Komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə aylıq çərçivəsində ekspert və mütəxəssislərin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, «Səbailli gənclər «Ağ ölümə» yox deyir!» mövzusunda növbəti tədbir Badamdar qəsəbəsindəki 239 №-li tam orta məktəbdə keçirilib. 239 №-li tam orta məktəbin diriktoru, əməkdar müəllim Sədaqət Əzimova tədbirdə iştirak edən qonaqları təqdim edərək tədbirin məqsədi barədə məlumat verıb. Bildirib ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir. 

Səbail rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik Sadiq Mədətov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdib. 

İçəri şəhər “Həzrət Məhəmməd məscidi” dini icmasının axundu hacı Sadiq Əsgərov, Səbail RPİ-nin əməkdaşları mayor Ədalət Ağayev,  baş leytenantlar Bəhrəm Qasımzadə və Pərviz Cavadov, müharıbə veteranı Nizaməddin Məsməliyev yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər veriblər.