Səbaildə Ramazan - Fotolar

sebailde-ramazan-fotolar
Oxunma sayı: 650

Rayonun Badamdar, Bibiheybət qəsəbələrində, 20-ci yaşayış sahəsində, Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən bu kimi tədbirlərdə yüzlərlə vətəndaş iştirak edib.
Rayonda keçirilən növbəti tədbir Ramazan bayramı ərəfəsində Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin Səbail rayon şöbəsində təşkil olunub.

“Qafqazinfo”nun məlumatına görə, mərasimdə Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Səbail rayon Təşkilatının, Qızıl Aypara, həmçinin rayondakı digər cəmiyyətlərinin rayon şöbələrinin üzvləri iştirak ediblər. Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Yavər Allahverdiyev bayram tədbirində iştirak edənləri salamlayaraq onları mübarək Ramazan ayı münasibəti ilə rayon İcra Hakimiyyəti adından təbrik edib.

Tədbirin sonunda rayon İcra Hakimiyyəti tərəfindən bayram münasibəti ilə hazırlanmış ərzaq bağlamaları yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, məcburi köçkün ailələrinə, tənha, kimsəsiz və aztəminatlı ailələrin üzvlərinə, həmçinin rayonun təsərrüfat xidmətlərinin texniki işçiləri də daxil olmaqla - ümumilikdə 1000-dən çox ailəyə təqdim olunub, bayram münasibətilə iki gün ərzində imkansızlara 500 paya qədər qurban əti də paylanıb.

Nigar Məmmədli