Səbailli məktəblilər tur aksiyada iştirak edir

sebailli-mektebliler-tur-aksiyada-istirak-edir
Oxunma sayı: 753

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblisi Lənkəran- Masallı-Astara marşrutu ilə yola salınıblar.

“Qafqazinfo” xəbər verir ki, İH-nin binasında yola salınma mərasiminə toplanan məktəblilər və valideynlər, rayon ictimaiyyəti nümayəndələri və veteranlar, Azərbaycanın Dövlət Himni sədaları altında ümummilli lider Heydər Əliyevin büstü önünə güllər düzüb.

İcra hakimiyyətinin başçısı Vugar Zeynalov iştirakçıları salamlayaraq ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycanın siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində bu gün ölkədə neft və qeyri-neft sektorunda əldə olunan nailiyyətlərdən, hәyata keçirilən dinamik sosial-iqtisadi inkişafdan, yeni qlobal layihələrdən, gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb, bu baxımdan məktəbliləri, gəzinti turunun məqsədidə Azərbaycanın bölgələrini daha yaxından tanımaq fürsəti olduğunu qeyd edib.

Tədbirin sonunda, məktəblilərə RİH-nin xatirə hədiyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.