Səbailli yeniyetmələr bu dəfə Qubada

sebailli-yeniyetmeler-bu-defe-qubada
Oxunma sayı: 649

Səbail rayon İcra Hakimiyyəti və DİN Daxili Qoşunlar Komandanlığının ənənəvi olaraq həyata keçirdiyi birgə layihəsi əsasında təşkil olunmuş "Şahinlər" yay istirahət düşərgəsinə yeniyetmələrin yola salınma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qubada Daxili Qoşunlarin “N” saylı hərbi hissəsində yaradılmış hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə rayonun Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər, Daxili Qoşunların zabitlərinin övladları, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 yeniyetmə yola salınıb. 

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin  ifası ilə başlanıb. 

Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq,  istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri təşkil ediləcək, onlar həm də Daxili Qoşunların Qubadakı hərbi hissəsi ilə yaxından tanış olacaqlar. 

Yola düşməzdən əvvəl gənc “Şahinlər” “Fəxri Xayaban”da mərhum lider Heydər Əliyevin məzarını ziyarət edib abidə önünə çiçək dəstələri düzüblər.