“Səbəbkar “Qarabağ”dır” - “Atletiko”nun futbolçusu

sebebkar-qarabagdir
Oxunma sayı: 1747

Çempionlar Liqasında mübarizəni dayandıraraq Avropa Liqasına yollanan “Atletiko”nun yarımmüdafiəçisi Saul Nigez açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o, qitənin ən nüfuzlu klub turnirində mübarizə dayandırdıqlarına görə özlərini tənqid etməli olduqlarını bildirib. 

Futbolçu əsas səbəb kimi “Qarabağ”la hər iki oyunda itirilən xalları göstərib: “Düşünüb bir az özümüzü tənqid etməliyik. “Roma” kimi komandaya qalib gəldik. Hər iki matçda onlardan xal aldıq. Lakin italyanlar ÇL-də yoluna davam edir. Biz isə “Qarabağ”la oyunlara baxmalıyıq. Hər iki qarşılaşmada xal itirdik.

Bu olmamalı idi. “Çelsi” və “Roma” onlarla hər iki oyunda qələbə qazandı. Bizim mübarizəni dayandırmağımızın səbəbkarı “Qarabağ”dır. Həmin oyunları düşünməsək və ya fikirləşsək ki, hər iki matçda xal almışıq o zaman hər şey başqa oalcaqdı”.