Şəbəkələr qış fəslinə hazırdır

sebekeler-qis-fesline-hazirdir
Oxunma sayı: 647

“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, 110/35/10 kV-lik “İsmayıllı” yarımstansiyasından çıxan 10 kV-lik “Quşçuluq”, “Xəstəxana”, “Diyalı”, “Qafqaz”, “Quşencə”, “Şəhər”, “Qəsəbə” hava elektrik verilişi xətlərində, eyni zamanda 35/10 kV-lik “İvanovka” yarımstansiyasından çıxan 10 kV-lik “Əzizbəyov”, “Talış”, “Şərabzavod” və “A.Əsgərov” hava elektrik verilişi xətlərində (HEVX) təmir-bərpa işləri görülüb.
Cari ilin 9 ayı ərzində 59 ədəd transformator məntəqəsində (TM) təmir işləri aparılıb. Yenidənqurma işlərinə 100-dən artıq elektrik dayaqlarının basdırılması da daxildir.

Analoji tədbirlər “Qəbələ” EŞ-də də yerinə yetirilib. Belə ki, 110/35/10 kV-lik “Qəbələ” yarımstansiyasından çıxan 10 kV-lik 4 saylı “Vəndam”, 5 saylı “Zarağan”, 3 saylı “Tüntül”, 2 saylı “Laza”, 1 saylı “Vaz” hava elektrik verilişi xətlərində, 35/10 kV-lik “Qəbələ” yarımstansiyasından çıxan 10 kV-lik 6 saylı “Bum”, 2 saylı “Şəhər”, 3 saylı “Şəhər”, 4 saylı “Şəhər” və 1 saylı “Şəhər” hava elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir-bərpa işləri icra edilib.