Səbina Babayevanı Rəhim Rəhimli necə şoka saldı?

sebina-babayevani-rehim-rehimli-nece-soka-saldi
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, verilişin ilk buraxılışında fəxri qonaq isə “Eurovision” təmsilçimiz Səbina Babayeva olub. Səbinanın çoxsaylı fanatlarını studiyaya yığan aparıcı qonağına gözlənilməz sürpriz edib. Beləki verilişin gedişatında o studiyaya Səbinanın 11 yaşlı fanatı Rənanı dəvət edib. Rənanın bu il “Eurovision”da ölkəmizi təmsil edən "When the music dies " mahnısını məharətlə ifa etməsi Səbina və qonaqları şoka salıb. İfasindan sonra sevimli kumirinə çiçəklər təqdim edən balaca qızcığaz "Mənim ən böyük arzum bu gün gerçəkləşdi, və böyüyəndə də sizin kimi ifaçı olmaq istəyirəm” deyə söyləyib. Bundan başqa gözəl “Eurovision” təmsilçimiz proqramda son vaxtlar ajiotaja səbəb olan musiqisi EMİNə məxsus "Oceans Away" mahnısını orjinal və remix versiyalarda ifa edib.

Qeyd edək ki, proqram bu gün- 5 aprel 22-00 da Lider TV-də yayımlanacaq.

Aynur B.