Səbinə Babayevadan ailə etirafları

sebine-babayevadan-aile-etiraflari
Oxunma sayı: 1286

Ailə həyatı qurandan sonra ilk dəfə “Klip-Parad” verilişinə çıxan “Eurovision” təmsilçimiz Səbinə Babayeva maraqlı etiraflar edib. Səbinə ilk dəfə ailəsi və qaynanası barədə danışıb: “Düzdür, həyat yoldaşıma yaxşı baxmağa çalışıram. Sadəcə mənim qab yumaq, paltar ütüləməklə aram yoxdur. Yemək bişirirəm, amma... Küftə bişirmişdim, həyat yoldaşım onu bəyənmədi. Deyir, bu, küftə deyil. Plovumu da eyni qarşıladı. Məsləhət gördü ki, daha yaxşı bişirməyi anasından öyrənim”.

Rejissoru Nail Naiboğlu olan verilişdə Səbinə həyat yoldaşı Cavidanla da ilk görüşündən söz açıb: “Biz “Eurovision”nun seçim turlarında tanış olmuşuq. İlk dəfə məni kinoya dəvət etdi, mən də etiraz etmədim. Çünki o xoşuma gəlirdi. O görüşdən sonra bizim kinomuz başladı”. /SİA/