Səbinə İngelbert Xamperdinkin vətəninə səfər edəcək

sebine-ingelbert-xamperdinkin-vetenine-sefer-edecek
Oxunma sayı: 647

Londonda Səbinənin BBC, Channel 4, CNN İnternational televiziya kanallarına, Daily Star, Mail on Sunday, Rheinpfalz Deutschland, Baku Magazine dərgilərinə, həmçinin “Eurovision” müsabiqəsinin aparıcıver-resursuolaneurovison.tv-yəvə fan-saytlara müsahibələri planlaşdırılıb.

Azərbaycanlı müğənni, növbəti London Eurovision Party tədbiri zamanı səhnəni Portuqaliya, Litva, Macarıstan, San-Marina, Fransa, Slovakiya və Serbiyadan olan təmsilçilərlə bölüşəcək.

Səbinə Avropada olan pərəstişkarları və tədbirin qonaqları üçün də xüsusi hədiyyə hazırlayıb. London Eurovision Party zamanı “When the Music Dies” mahnısının Disco Mix, Synthpop Mix, Club Mix və Radio Mix remiks variantları təqdim olunacaq.

Mayın 2-dən etibarən mahnının iki remiks variantını (Disco və Synthpop) Səbinənin rəsmi internet səfihəsindən pulsuz yükləmək olacaq.

http://sabina.eurovisiontalents.com.


Nigar