Səbinə İrisi təbrik etdi

sebine-irisi-tebrik-etdi-
Oxunma sayı: 639

Azərbaycanlı müğənni müsabiqədə ifa edəcəyi mahnını “When the Music Dies” balladasını ifa edib. Səbinə və İris birlikdə səhnəyə qalxıblar. Səbinə İrisi albomunun çıxması münasibətilə təbrik edib və Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsində ona uğurlar arzu edib.
Müğənnilər mətbuat nümayəndələri və pərəstişkarları ilə də ünsiyyətdə olmuşlar.
Yeri gəlmişkən, Belçikada olarkən Səbinə bu ölkənin daha bir “Eurovision” iştirakçısı – 2011-ci ildə Osloda keçirilmiş müsabiqədə Belçikanı təmsil edən Tom Daysla da tanış olub. Səbinə bir daha İrisi Bakıya dəvət edib və səmimi qəbul üçün ona öz minnətdarlığını bildirib.

İfasından sonra Səbinə, Belçikanın VTR telekanalının nümayəndələrinə, aparıcı kütləvi informasiya vasitələrinə və hətta gənc jurnalistlərə də müsahibə verib.

Nigar Məmmədli