Səbinənin əri Amerikaya köçüb?

sebinenin-eri-amerikaya-kocub
Oxunma sayı: 3510

Əməkdar artist Səbinə Babayevanın rejissor həyat yoldaşı Cavidan Şərifovun Amerika paylaşımları sosial şəbəkədə müzakirələr yaradıb.

“Qafqazinfo” xəbər verir ki, daha öncə də cütlüyün iki aydır münasibətlərinə nöqtə qoyduğu barədə dedi-qodular yayılmışdı. Cavidanın ABŞ-da bir evin qarşısında şəkil çəkdirərək “mənim yeni evim” şərhini yazması şayiələri daha da gücləndirib. Feysbuk sosial şəbəkəsində hər kəs onu təbrik edib. 

Lakin əldə etdiyimiz məlumata görə, bu informasiya həqiqəti əks etdirmir. Belə ki, C. Şərifov işi ilə bağlı Amerikaya gedib və o, bir neçə gün sonra Bakıya qayıdacaq.