Səbinənin növbəti dayanacağı Belçika oldu

sebinenin-novbeti-dayanacagi-belcika-oldu
Oxunma sayı: 666

“Qafqazinfo”nun məlumatına görə, Səbinə və İris ötən istirahət günü Amsterdamda “Eurovision in Concert” şousu zamanı tanış olublar. Səbinənin ifasından sonra İrisin anasının ona yaxınlaşması, onun mahnısını və səsini bəyəndiyini söyləməsi Səbinə üçün xoş bir sürpriz olub. Daha sonra isə Səbinə və İrisi bir-birləri ilə tanış ediblər. İfaçılar dost mühitində ünsiyyətdə olublar və İrisin anası Səbinəni Belçikaya – qızının albom buraxılışı şərəfinə təşkil olunacaq gecədə iştirak və ifa etməyə dəvət edib.

Gecədə ifa etdikdən sonra Səbinə Belçikanın aparıcı kütləvi informasiya vasitələri ilə görüşəcək və onlara müsahibə verəcək. Mətbuat nümayəndələri arasında şou-biznes Voor de Show, Belçikanın ən çox oxunan Dag Allemaal jurnalı, Belçikanın üç qəzeti (Het Het Laatste Nieuws, Het Nieuwsblad i Het Belang van Limburg), ulduzların həyatı barədə Mediawatchers.be veb-portalı, Belçikanın “Eurovision” resursu Eurosong.be. MENT television, TV Limberg kanalındakı Studio TVL proqramı və başqaları olacaqlar.

Nigar