Şəbnəm Amerikanı Avropa bilirmiş - Video

sebnem-amerikani-avropa-bilirmis
Oxunma sayı: 6964

Müğənni Şəbnəm Tovuzlu ARB TV-də yayımlanan “Hüseynova bacıları” proqramında hər kəsi təəccübləndirəcək açıqlama verib. 

“Qafqazinfo” xəbər verir ki, verilişdə aparıcılar Ülviyə Əliyeva və Xuraman Əlizadə kiçik bir oyun təşkil ediblər. Şərtə görə, Şəbnəm 20 saniyə ərzində ona ünvanlanan hər suala 4 variantda cavab verməli olub. 

Şou zamanı müğənni ona verilən əksər sualları cavablandırmayıb, hətta Xalq artisti Faiq Ağayevin ifa etdiyi mahnıların adını tapmaqda çətinlik çəkib. 

Bundan sonra X. Əlizadənin “Avropada dörd ölkə?” sualına müğənni belə cavab verib: “Bu yaxınlarda Dubaya getmişdik. Mən oralarda olmamışam vallah, nə deyə bilərəm. Ona görə də bilmirəm. Amerikanın özü, İtaliya Avropaya aiddir. Biz Amerikanı - paytaxtı tanıyırıq da”. 

Qeyd edək ki, sözügedən hissəyə videonun 4-cü dəqiqəsindən sonra baxa bilərsiz.