Şəbnəmə hacı ərindən bahalı hədiyyə - Fotolar

sebneme-haci-erinden-bahali-hediyye
Oxunma sayı: 5244

Müğənni Şəbnəm Tovuzluya əri bu dəfə qızıl üzük bağışlayıb. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi iş adamı olan həyat yoldaşı Hacı Rafiqin “Sevgililər günü” münasibəti ilə aldığı hədiyyəni sosial şəbəkədə paylaşıb.

O, ərinin üzünü göstərməsə də, üzük taxan anı izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Hacı Rafiqin Nizami Küçəsi, "İçərişəhər" və Moskvada mağazaları var. O, uzun müddət Rusiyanın Surqut şəhərində yaşayıb.  Cütlüyün Əli adlı bir oğlu var.