Şükranla Canerin qızı oldu

sukranla-canerin-qizi-oldu
Oxunma sayı: 3663

2017-ci ilin yanvarında ailə quran türkiyəli cütlük- futbolçu Caner Erkin və aktrisa Şükran Ovalının qız övladı dünyaya gəlib.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, cütlük körpəyə Mihran adını verib.

Aktrisanın dostları xəstəxanaya gedərək şad günündə onun yanında olublar.

Şəbnəm Bozoklu xəstəxanada çəkilən fotonu İnstaqram hesabında paylaşıb.

Qeyd edək ki, C.Erkinin 2016-cı ildə boşandığı Asena Atalayla evliliyindən 7 yaşında Çınar adlı oğlu da var.