Səcdədə hansı bədən üzvləri yerə dəyməlidir?

secdede-hansi-beden-uzvleri-yere-deymelidir
Oxunma sayı: 9448


Cavab: Səcdədə bütün İslam məzhəblərinə əsasən yeddi bədən üzvü mütləq yerə dəyməlidir: alın, iki ovuc, iki diz və ayaqların baş barmağı. Bundan əlavə, hənbəli məzhəbində burnun ucunu da yerə dayamaq fərzdir, hənəfilərdə isə vacibdir. Cəfəri məzhəbində səcdə zamanı yuxarıda deyilən yeddi bədən üzvü yerə dəyməlidir. Alın xüsusi özəlliyə malikdir, yəni alın yerə dəysə səcdə sayılır, amma alın dəyməsə, qalan üzvlər dəysə səcdə sayılmaz. Cəfəri məzhəbinə görə burnu da yerə (torpağa ya möhürə) dayamaq müstəhəbdir.

islam.az