Seçicilərə telefon nömrəsini verdi - “İşinizə yarayacaq” + Foto

secicilere-telefon-nomresini-verdi
Oxunma sayı: 2020

Türkiyənin İstanbul şəhərində keçiriləcək seçkilərdə Böyükşəhər bələdiyyə sədrliyinə namizəd olan Binəli Yıldırım Haliç Konqres Mərkəzində təşkil olunan tədbirdə atdığı addımla diqqət çəkib.  

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, çıxışı zamanı seçicilərə telefon nömrəsini verən B. Yıldırım bunları deyib:

“Əziz seçicilər, birlikdə bərabər addımlayaraq, ümidi böyüdəcəyik, sakitliyi çoxaldacağıq və İstanbulda yaşayan 15 milyon insanın həyatını yaxşılaşdıracağıq. Özündənrazı, qürurla, kin və nifrət dili ilə siyasətdən kömək istəyənlərdən olmadığımızı bir daha deyirəm. Sizə bir telefon nömrəsi verəcəyəm. Xahiş edirəm, qeyd edin. İrəlidə işinizə yarayacaq. İnşallah birlikdə daha gözəl işlərlə imza atacağıq”.