Seçilən ssenarilərin müəllifləri açıqlandı

secilen-ssenarilerin-muellifleri-aciqlandi-
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə növbəti mərhələdə Festivala təqdim olunan əsərlər arasından 12-si seçilərək ümumilikdə 12 komanda arasında paylanıb. Hazırda yerlərdə həmin tamaşaların məşq prosesinə başlanılıb.

Bu barədə festivalın İcraçı direktoru Ramil Ağasıyev məlumat verib. İcraçı direktor əsərlərin siyahısını təqdim edib;

Əbdül Məcid- "Bağbanın yuxusu"
Bəhruz Əhmədli- "Musiqi"
Vüsal Məmmədzadə- "Oksigen balonu"
Səbinə Məmmədova -"Su kürəsi"
Laləzar Abbasova- "Təbiətin qisası"
Şəbnəm Xeyrulla- "Tut"
Gülnarə Məmmədova- "Yaşıl qan"
Tərlan Abdullayev- "Ağacın səsi"
Nicat Əlizadə- "Müdaxilə"
Elnur Mehdiyev- "Ekosit"
Elçin Aslangil- "Zibilə düşdümüşük"
Səfayə Əliyeva- "Qoy nəfəs alım"

Ramil Ağasiyev onu da bildirib ki, əsərlər tanınmış qələm sahibləri Qaraqan, Aydın Xan Əbilov və Yaşar Əliyevdən ibarət münsiflər heyəti tərəfindən müəyyən olunub.

Xatırladaq ki, “Bizə idea lazımdır” devizi ilə keçirilən festivalın əsas məqsədi - gənclərdə teatra olan marağı artırmaq, istedadlı gəncləri teatra cəlb etmək və onlara ekologiya ilə bağlı olan problemləri çatdırmaq, fikirlərini bu problemlərə yönəltməkdir.
Qeyd edək ki, Layihənin ideya müəllifi, millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev,Layihənin prodüseri Zahid Nemətovdur.

Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portaları və Araz FM radiosudur.

Aynur Babayeva