Seçki ilə bağlı yenilik - Radioda da yayımlanacaq

secki-ile-bagli-yenilik
Oxunma sayı: 1300

Sabahdan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlərinin İctimai Televiziyada çıxışları başlayacaq.”Qafqazinfo” xəbər verir ki,bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

O qeyd edib ki, bu il yenilik ondan ibarətdir ki, televiziyadakı çıxışlar radio vasitəsilə də yayımlanacaq ki, daha çox insanın diqqətinə çatsın. M.Pənahov əlavə edib ki, MSK üzvlərinin “Azərbaycan” qəzetində məqalələri çıxacaq. Həmçinin sədr sosial şəbəkələrin monitorinqi mexanizminin hazırlanmasının vacibliyini də iclasdakı çıxışında vurğulayıb.

Günel Türksoy