“Seçki sistemi Avropa Şurası ilə əlaqələndirilir” - Açıqlama

secki-sistemi-avropa-surasi-ile-elaqelendirilir-aciqlama
Oxunma sayı: 654

Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Mərkəzi Seçki
Komissiyasında dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən ixtisaslaşdırılmış kurslarda çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Biz Avropa Şurasına qəbul olunandan sonra bütün seçki sisteminin, keçirilən seçkilərin AŞ ilə əlaqələndirmə yolunu tutmuşuq", - Həsənov əlavə edib.

Onun sözlərinə görə, 1995-ci ildən başlayaraq Azərbaycanda keçirilən seçkilər seçki sisteminin təşəkkül tapmasına şərait yaradıb.