Seçkilər başladı

seckiler-basladi
Oxunma sayı: 655

Konstitusiyaya dəyişikliklər qüvvəyə mindikdən sonra parlament 2013-cü ildə daha geniş səlahiyyətlər əldə edəcək, dövlət başçısının hüquqları isə azaldılacaq. Seçicilərin 1/3-i səs verəcəyi halda seçkilər baş tutmuş hesab olunacaq.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, ölkənin 84 seçki dairəsində 3 613 851 seçici qeydiyyata alınıb.
150 deputat arasından 77 nəfər proporsional sistem, yəni partiya siyahısı üzrə seçiləcək. "Partiya" yerləri uğrunda 2 seçki bloku və 14 partiya mübarizə aparır, onlar səsvermədə iştirak etmiş seçicilərin 5 faizinin səsini toplayacağı halda parlamentə daxil ola bilərlər.

Daha 73 parlamentari birmandatlı dairə üzrə parlamentə seçiləcəklər. Mojaritar dairələr üzrə də yalnız partiyalardan namizədlər daxil olacaqlar, Zuqdidi şəhərində qeydiyyata alınan yeganə müstəqil namizəd sentyabrın 28-də namizədliyini geri götürüb.
Gürcüstanda parlament seçkilərinin gedişatını müşahidə etmək üçün 50 yerli qeyri-hökumət təşkilatı və 61 beynəlxalq təşkilat, o cümlədən Milli Demokratiya İnstitutu (NDİ), Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti, ATƏT-in Parlament Assambleyası, NATO-nun Parlament Assambleyası, ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Bürosu, həmçinin Polşa, İsveçrə, Rumıniya, Avstraliya, ABŞ və MDB-nin bir neçə ölkəsindən müşahidəçilər qeydiyyata alınıb.

Təxmini hesablamalara görə, seçkilərin gedişatını 33 min yerli və 600-dən çox beynəlxalq müşahidəçi izləyəcək. Hər bir təşkilat bir seçki dairəsinə ikidən artıq müşahidəçi cəlb edə bilməz.