Seçkilərdə “exit-poll” keçirəcək 4 təşkilat məlum oldu - Siyahı

seckilerde-exit-poll-kecirecek-4-teskilat-melum-oldu
Oxunma sayı: 1450

Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən 4 təşkilat qeydə alınıb.
 
"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
 
“Els" Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə exit-poll keçirəcək.

Bundan başqa, prezident seçkiləri ilə əlaqədar dairələr üzrə müşahidə aparmaq istəyən 55 min 887 yerli müşahidəçi qeydiyyatdan keçib.