“Seçkilərdə gücü yetdiyi halda səs verməmək, haramdır”-Şeyx

seckilerde-gucu-yetdiyi-halda-ses-vermemek-haramdir-seyx
Oxunma sayı: 663

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Bugün Misirdə prezident seçkilərinin ilk turunda ikinci günün səsvermə prosesi keçiriləcək. Seçki nəzarətçiləri prezident seçkilərinin ilk günündə gözlənilən fəallığın müşahidə olunmadığını deyiblər.

Bu arada Misirin nüfuzlu Əzhər universitetinin rektoru Şeyx Əhməd ət-Təyyib gücü yetdiyi halda seçkilərdə səs verməmənin haram olduğunu bildirib. Seçkilərdə səs verdikdən sonra mətbuata müsahibə verən alim Misir xalqının əlinə uzun müddətdir ki, gözlədiyi fürsətin düşdüyünü xatırladaraq, vətəndaşları rüşvət almamağa və seçkilərdə fəal olmağa çağırıb.

“Seçkilərdə gücü yetdiyi halda səs verməmək, haramdır. Çünki səs insana bir əmanətdir və qiyamət günü Allah bu məsələdə bizi haqq-hesaba çəkəcək”, - deyə Əhməd Təyyib bildirib.

Ölkənin Ali Seçki Komitəsinin (ASK) açıqlamasında seçkilərin ilk günündə bəzi qanun pozuntularının qeydə alındığı, bəzi bölgələrdə müxtəlif səbəblərdən dolayı səsvermə prosesinin nəzərdə tutulduğu vaxtdan gec başladığı bildirilib.

ASK sədri Hatəm Bicatu seçkilərdəki qanun pozuntularının müəyyən qruplar tərəfindən deyil, bütün namizədlərin tərəfdarları tərəfindən edildiyini deyib. Beş müşahidəçinin qanun pozuntusuna yol verdikləri üçün məntəqələrdən uzaqlaşdırıldıqlarını ifadə edən Bicatu seçkilərdə müşahidəçi təyin edildikləri bölgələrə getməkdən imtan edən şəxslərin 300 Baş nəzarətçinin yeniləri ilə əvəz olunduğunu deyib.