“Seçkilərə hazırlaşmağa başlamışıq”

seckilere-hazirlasmaga-baslamisiq
Oxunma sayı: 638

Həmin qurumlardan fərqli olaraq, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) müxalifətin konsolidasiyası üçün effektiv işlər görməyə çalışdığını bəyan edir. KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Bəybala Əbil Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, onun təmsil etdiyi siyasi qüvvə müxalifət düşərgəsinin birləşməsi və konsolidasiyasına can atan bütün birləşmələrə yaxındır.

"Özümüzü bu təşkilatlarla yanaşı, Azərbaycan vətəndaşından da uzaq hiss etmirik. İctimai Palata, "Qarabağ" bloku və "Üçlər" qrupu kimi təşkilatların hər biri ölkə müxalifətinin vəziyyətindən narahat olan insanların təşəbbüsləri, onların bir araya gəlmələrinin nəticəsidir. Həmin strukturlardakı partiyalarda iş görmək istəyirlər. Lakin biz hesab edirik ki, müxalifətdəki bütün partiyalar bir araya gəlməlidir. Əks təqdirdə iş görə bilməyəcəyik", - B.Əbil söylədi.

KXCP sədrinin müavini hesab edir ki, dövlətçiliyə bağlı, milli-demokratik dəyərlərə sadiq bütün qüvvələrlə ittifaqa getmək olar. "Eyni zamanda, biz qarşıdan gələn seçkilərə də hazırlaşmağa başlamışıq. Ümumiyyətlə, seçkilərə hazırlıq məsələsi həmişə partiyamızın gündəmindədir və təşkilatlanma işi də seçki məsələsinə uyğun aparılır", - B.Əbil dedi.