“Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib”

“Seçkiləri izləmək üçün Azərbaycan Avropa Parlamentinə müraciət etməyib”
Oxunma sayı: 528

Bəzi media qurumlarında Avropa Parlamentinin Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə əlaqəli məlumatlar yayılıb.

Məlumatda bildirilir ki, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Yayılan məlumatlara əsasən, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar qurum nə prosesi, nə də onun nəticələrini şərh edəcək.

"Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycanın Avronest Parlament Assambleyasdakı (PA) nümayəndə heyətinin rəhbəri,  Milli Məclisin  Gənclər və idman komitəsinin sədri Fuad Muradovla açıqlama verib. O bildirib ki,  qeyd edilən məlumatların  heç bir əsası yoxdur:

“İlk növbədə bu günə qədər Azərbaycan tərəfinin müraciət etdiyi beynəlxalq təşkilatların hər biri ölkəmizdə keçirilən istənilən seçkilərdə iştirak ediblər.  Lakin Azərbaycan növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa Parlamentinə müraciət etməyib.

Buna görə də məlumat yayanlar yanlışlığa yol verirlər.  Əgər  məsələni dəqiqləşdirmək istəyirlərsə, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinə  müraciət edə bilərlər. O zaman səhvə yol verdiklərini bir daha anlayacaqlar”.

Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.

Azərbaycanda prezident seçkilərin aprelin 11-nə təyin olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi