Seçkilərin ikinci turu keçirilir

seckilerin-ikinci-turu-kecirilir
Oxunma sayı: 633

Bu gün Misirdə parlament seçkilərinin ikinci mərhələsi keçirilir. “Qafqazinfo”nun az.itv.az-a istinadən verdiyi məlumata görə, iki gün davam edəcək səsvermə nəticəsində 52 deputat mandatının sahibi müəyyən olunacaq. Seçkilərin ilk mərhələsində 40 % səslə "Azadlıq və Ədalət partiyası" irəliyə çıxıb. Partiyanın əsas siyasi qolunu "Müsəlman qardaşları" qruplaşması təşkil edir. İkinci yerdə sələfilərə yaxın olan "Ən-Nur" partiyasıdır. Misirin 27 əyalətindən 9-dakı seçicilər məhz "Ən-Nur" partiyasını dəstəkləyir.
İlk mərhələdə 8.5 milyon nəfər səs verib. Bu isə ümumi seçicilərin 62%-ni təşkil edir.
Dekabrın 7-də Misirin yeni hökumətinin tərkibi açıqlanacaq.