“Seçkilərlə bağlı şikayətlərin sayı azalıb”

“Seçkilərlə bağlı şikayətlərin sayı azalıb”
Oxunma sayı: 287

"Azərbaycanda seçkilərin idarəçiliyinin peşəkarlıq səviyyəsi yüksək olaraq qalıb və bu da ona gətirib çıxarıb ki, seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb".

"Qafqazİnfo" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarın başlanması ilə bağlı tədbirdə deyib. Ç.Əsgərov qeyd edib ki, Azərbaycanda seçki komissiyaları nəzdində ekspert qrupları daha səmərəli şəkildə işləyə bilirlər.

O vurğulayıb ki, Azərbaycan seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir: " İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanda seçki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir. Azərbaycanda seçkilərin idarəçiliyinin peşəkarlıq səviyyəsi yüksək olaraq qalıb və bu da ona gətirib çıxarıb ki, seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli şəkildə azalıb. məlumatına görə, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə çərçivəsində növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarın başlanması ilə bağlə tədbirdə deyib. Ç.Əsgərov qeyd edib ki, Azərbaycanda seçki komissiyaları nəzdində ekspert qrupları daha səmərəli şəkildə işləyə bilirlər.

Ç.Əsgərov vurğulayıb ki, Azərbaycan seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq konvensiyalara əsasən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir. O bildirib ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Azərbaycanda seçki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir.

O qeyd edib ki,  Avropa ölkələri ilə müqayisə etdikdə görmək olar ki, Azərbaycanda seçkilərlə bağlı müraciətlər texniki xarakter daşıyır, qanunvericilik səviyyəsində ciddi pozuntular aşkar olunmur: " Avropa Şurasının böyük dövlətləri seçki sahəsində öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər və Avropa Məhkəməsinin qərarlarını icra etmirlər. Azərbaycanda seçkilərin demokratik keçirilməsinə heç kimin şübhəsi olmamalıdır. Bu seçkilər xalqın səsinin sərbəst ifadə edilməsi üçün tam şərait yaradır”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi