Seda 4 yaş cavanlaşdı

seda-4-yas-cavanlasdi
Oxunma sayı: 3043

Sibel Can kimi mahnı oxumaq və səhnələrə tez çıxmaq üçün yaşını böyüdən Seda Sayan məhkəməyə müraciət edib. “Qafqazinfo” xəbər verir ki, müğənni şəxsiyyət vəsiqəsində doğum ilinin 4 yaş böyük yazıldığını deyib.

Seda Sayan “Yaşımı düzəltdirdikdən sonra ailənin ən böyük uşağı mən hesab edilıirəm. Amma məndən böyük iki bacım var. Vəsiqəmdə qeyd edilən 04.01.1959 olan doğum tariximin 30.12.1962 olaraq dəyişdirilməsi barədə qərar verilməsini xahiş edirəm” deyib. 

Prosesdə sənətçinin vəkili çıxış edərək sübutların olduğunu bildirib. 

Məhkəmə isə məsələni araşdırıb və Sedanın lehinə qərar çıxarıb.