Türkiyə Televiziya və Radio Şurası (RTÜK) Show TV-də yayımlanan “Seda Sayanla” verilişini cərimələyib. “Qafqazinfo” xəbər verir ki, RTÜK kanala 5 dəfə proqram dayandırma cəzası verib.
Səbəb isə bir neçə gün bundan əvvəl Seda Sayanın canlı yayımda inşaatçılarla bağlı söylədiyi fikirlər olub.
Proqramda qonaq olan Ece Gürselə “Sperma bankından istifadə edərək ana olmaq istərdiz” sualı verilib. Seda isə “Ay qız, nə fəhlələr var. Günahdır, onlar insan deyil? Doğmaq üçün nə gözləyirsən? Onların genləri uyğundur, birindən uşaq dünyaya gətir” - deyib.
Sayanın inşaat sektorunda çalışanları təhqir etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub, RTÜK-ə 400 şikayət daxil olub.
Şura kanalı ciddi şəkildə cərimələmək barədə qərar qəbul edib.