Seda Sayan cəzalandı

seda-sayan-cezalandi
Oxunma sayı: 2149


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  “Kanal D”ə  ikinci dəfə 418 min 963 lirə pul cəzası verilib və bir ay içində cəmi cəza məbləği 837 min 926 lirə olub. 

Radio-Televiziya Şurası konfransında yanvarın 29-da yayımlanan proqram hədəf götürülüb. Proqrama qatılan Leyla adlı qayınana gəlinini şikayət edib və çoxlu yalan söylədiyini bildirib. Radio-Televiziya Şurası hesabatında “Proqramda ailədə xüsusi sayılan vəziyyətlər açıqlanıb gərginliyə səbəb olub. Seda Sayan gərginliyi yüngülləşdirmək yerinə daha çox üzərinə gedib”-, deyə qeyd edib.  Radio-Televiziya Şurası üzvləri də “Ailənin qorunması prinsipini pozma" səbəbiylə “Kanal D”ə  418 min 963 lirə pul cəzası verib.