Seda Sayan yeni sevgilisi ilə - Fotolar

seda-sayan-yeni-sevgilisi-ile
Oxunma sayı: 1054

Altı illik sevgilisindən yeni ayrılan Seda Sayanın məşhur iş adamı Murat Karabova ilə münasibətdə olduğu iddia olunur. 

“Qafqazinfo” xəbər verir ki, daha əvvəl adı Yeşim Salkım və Aslıhan Hünel ilə hallanan Karabova müğənnini dinləmək üçün bu dəfə də Kiprə yollanıb.

Əvvəlcə Bodrumda kameralara tuş gələn cütlük bu dəfə də konsertdə əsas maraq nöqtəsi olub. Belə ki, müğənninin ailəsinin olduğu stolda əyləşən Karabova tez-tez Seda Sayanın fotolarını çəkib. Səhnədən sevgilisinə pozalar verən müğənni sonda onların əyləşdiyi stola yaxınlaşıb.

Qeyd edək ki, məşhur iş adamı Murat Karabova Nova Motorsun sahibidir.