Sədərək Gömrük rəisinin rüşvət şifrəsi açıqlandı: - "Sancın üçün dərman göndərdim"

sederek-gomruk-reisinin-rusvet-sifresi-aciqlandi
Oxunma sayı: 5464



Türkiyədə “Böyük rüşvət” əməliyyatı çərçivəsində saxlanılan Sədərək Gömrük Keçid Məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun şifrəli telefon danışıqları üzə çıxıb.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, Naxçıvana açılan Dilucu Sərhəd Qapısında 280 polisin cəlb olundu əməliyyat zamanı saxlanılan 18 şübhəlidən biri olan Seyidovun dindirilməsindən sonra rüşvətin Naxçıvan Gömrüyündə onun tərəfindən toplandığı, daha sonra Türkiyəyə gətirilərək tərəflər arasında bölüşdürüldüyü məlum olub. 

Dilucu Sərhəd Qapısında Türkiyə gömrük işçilərinin onun telefonunu dinləməsi riskinə qarşı Seyidov şifrəli telefon danışıqlarını sərhəddəki TİR və yük maşınlarının sürücülərinin mobil telefonları ilə həyata keçirib. 

Türkiyə tərəfindən gömrük rəisinə mobil telefonla zəng edilərəkən ona “sancılandım, mənə dərman göndər” deyildiyi, qarşı tərəfin isə “sancın üçün dərman göndərdim” dediyi ortaya çıxıb. Müəmmalı telefon danışığını araşdırarkən məlum olub ki, Seyidov rüşvət pullarını işbirliyi apardığı şəxslərə paketin içində təqdim edirdi.