“Sədərək”də qadından 440 manat oğurladı

sederekde-qadindan-440-manat-ogurladi
Oxunma sayı: 1042

“Sədərək”də oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 17-də Lökbatan qəsəbəsi ərazisindəki “Sədərək” ticarət mərkəzində Abşeron rayon sakini olan qadının içərisində 440 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nəriman Məmmədov saxlanılıb. Həmin gün Nərimanov rayonu ərazisində marşrut avtobusunda Bakı şəhər sakini T.Rüstəmovun cibindən mobil telefonunu oğurlamağa cəhd göstərən paytaxt sakini, əvvəllər oğurluğa və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Dadaşov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.