Sədr qalmaqallı seçki qərarını şərh etdi

sedr-qalmaqalli-secki-qerarini-serh-etdi
Oxunma sayı: 2064

Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Sadi Güven İstanbulda bələdiyyə seçkilərinin yenidən keçirilməsi ilə bağlı qərarını şərh edib.

“Qafqazinfo”nun “milliyet”ə istinadən verdiyi xəbərə görə, sədr məhkəmə prosesinin başa çatdığını bildirərək bu qərarın qurumun 11 yüksək məhkəmə üzvünün iştirakı ilə keçirilən yığıncaqda verildiyini söyləyib.

S. Güven qərarla bağlı bildirişlərin yazılı olaraq göndərildiyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, YSK-nın qərarına əsasən, İstanbul bələdiyyəsinə rəhbərlik uğrunda seçkilər iyunun 23-də keçiriləcək.