Sədrdən siyasi liderlərə çağırış - “Vəzifə davasına son qoyulmalıdır”

sedrden-siyasi-liderlere-cagiris
Oxunma sayı: 1913

Ötən ay keçirilən parlament seçkilərində qalib gələn “Əs-Sayrun” koalisiyasının rəhbəri Müqtəda əs-Sədr İraqın təhlükədə olması barədə xəbərdarlıq edib.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, Sədr siyasi liderlərə səslənərək vəzifə çəkişmələrindən uzaq durmağa çağırıb:

“İraq yoxsul, məzlum, yetim, yaralı, dul və əlillərlə doludur. Məqam, mənafe, nüfuz və güc əldə etmək üçün edilən davalara son qoyulmalıdır. Xarici müdaxilələr, terror və sui-qəsdlərə son qoymağın vaxtı gəlmədimi? Silahları məscidlərdə gizlətməkdənsə, dövlət etməyin vaxtı deyilmi?  Əcnəbilərin iradəsinə nə zamana qədər boyun əyiləcək?”

Qeyd edək ki, İraqda seçkilərdən sonra qalmaqallar yaşanır. Seçkilərdə saxtakarlıq edildiyi iddiası ilə bülletenlərin yenidən sayılmasına qərar verilmişdi. Lakin, bülletenlərin saxlanıldığı anbar dünən yanıb. Yanğının bilərəkdən törədildiyi iddiaları da səsləndirilir.