Sədrin İran səfəri davam edir

sedrin-iran-seferi-davam-edir
Oxunma sayı: 657


"Qafqazinfo"ya Dini Komitədən verilən məlumata görə, səmimi şəraitdə keçən görüşdə Ayətullah Təsxiri Elşad İskəndərovu , onun İslam Konfransı Gənclər Forumuna rəhbərlik etdiyi dövrdən tanıdığını, bu qurumun İslam Əməkdaşlığı Təşkilatı ölkələri gəncləri arasında dinlər və məzhəblər arası dialoqa yönəlik fəaliyyətini yüksək qiymətləndirdiyini bildirmişdir. İran Ali Dini Rəhbərinin müşaviri və “İslam Məzhəblərinin yaxınlaşması Təşkilatının” təsisçisi “bu gün dünyada dini radikalizmin, başqa din və məzhəbləri təhqir, təqib edən, təkfirçi və ekstremist əsaslara söykənən dini cərəyanların bəşəriyyətə əsil təhlükə olduğunu” qeyd etmişdir. Eyni zamanda ayətullah Təsxiri qeyd etmişdir ki, çox zaman belə dar düşüncəli cərəyanlar başqalarının əlində alət olur və qeyri müsəlman ölkələrində də islamofobiyanın yaranmasına rəvac verir. Odur ki, bu gün, məzhəbindən asılı olmayaraq islam alimləri qarşısında duran əsas vəzifələrdən biri məhz bu radikalizmin aradan qaldırılması və əvəzində müsəlmanlara azad təfəkkür ənənəsinin aşılanması olmalıdır: “Radikalizm məzhəb tanımır və azad təfəkkürün düşmənidir”

Azərbaycanda dəfələrlə olduğunu və buradakı dini tolerantlıq modelini yüksək qiymətləndirdiyini bildirən ayətullah Təsxiri, bu modelin başqa müsəlman ölkələri üçün də nümunə ola biləcəyini qeyd edib.

DQİDK sədri Elşad İskəndərov Azərbaycan dövlətinin din sahəsindəki siyasətinin dini tolerantlıq, həmçinin məzhəblərarası yaxınlaşmanın təmin olunmasına yönəldiyini, radikal dini düşüncələrin təhlükəsini başa düşərək bu istiqamətdə də prinsipial mövqe tutduğunu qeyd etmişdir. Azərbaycanın unikal tolerantliq modelinin məzhəblər-arası dialoqa tohfə verə biləcəyini qeyd edən Komitə sədri bu sahədə praktiki addımlara hazır olduğunu bildirib. Belə ki Azərbaycanda iki ildən bir keçirilməsi nəzərdə tutulan “Din-dövlət münasibətləri üzrə Bakı Forumu” çərçivəsində əsas istiqamətlərdən birinin məhz İslam məzhəblərinin yaxınlaşması mövzusuna həsr edilməsi təklif edilib.

Eyni zamanda bu istiqamətdə işlərin davamlı aparılmasını vacib hesab etdiyini qeyd edən Komitə sədri radikal, ekstremist və təkfirçi düşüncəyə qarşı ayrı ayrılıqda deyil, İƏT çərçivəsində fəaliyyət göstərməyi təklif etmişdir. Bu istiqamətdə DQİDK-nin bu il təsis etdiyi Milli Tolerantlıq Mərkəzi çərçivəsində İran, Türkiyə və Azərbaycanın ilahiyyət və din sahəsindəki tədqiqatçılarından ibarət elmi qrupun yaradılması haqda prinsipial razılıq əldə edilmişdir. Öz növbəsində Ayətullah Təsxiri hər iki təklifi məmnuniyyətlə qarşıladığını və müştərək fəaliyyətə hazır olduğunu bildirib.

Görüşün yekunu olaraq ekspertlər səviyyəsində bu təkliflərin icrası istiqamətində praktiki işlərə başlanması qərarlaşdırılıb.