“Qafqazinfo”nun məlumatına görə, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Azərbaycanın müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb. Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə iştirak edən ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycan Respublikasına təyin etdiyi yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.
Səidə Teyyubqızı