Səfər Əbiyev çinli polkovniklə görüşüb

sefer-ebiyev-cinli-polkovnikle-gorusub
Oxunma sayı: 647

Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikası Silahlı Qüvvələrinin Hərbi, Hərbi Hava və Hərbi dəniz attaşesi baş polkovnik Cyan Çuanı qəbul edib. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud hərbi əlaqələr və əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.