Səfər Əbiyevdən Obamaya - - Şikayət

sefer-ebiyevden-obamaya-
Oxunma sayı: 2491


“Qafqazinfo”ya daxil olan müraciətdə bildirilir ki, Azərbaycan Respublikasının Müdafiə naziri vəzifəsini tutan general-polkovnik Əbiyev Səfər Axundbala oğlunun gözlənilmədən ABŞ-a səfərə etməsi, bu səfərin ABŞ-ın müdafiə katibi Çak Heygelin şəxsi dəvəti ilə baş tutması və bütün bunlarla yanaşı Pentaqonda onun şərəfinə fəxri qarovulun düzülməsi ilə təntənəli qarşılanma mərasiminin təşkil edilməsi onları, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyinin üzvlərini xeyli dərəcədə təəcübləndirib: 

"Təəccübümüzə səbəb doğuran əsaslar ondan ibarətdir ki, Müdafiə naziri vəzifəsini tutduğu 19 il ərzində Səfər Əbiyev hərbçilərin və onların ailələrinin hüquqlarını pozan, onlara külli miqdarda maddi ziyan vurulması ilə nəticələnən qərarlar qəbul edib və Azərbaycan Respublikasının Konstitusiyanın, qüvvədə olan digər qanunların tələblərinə zidd olan əmrlər imzalayıb. 

Demokratiyanın beşiyi sayılan, dünyanın hər yerində insan haqlarına və qanunların aliliyə hörmət tələb edən ABŞ kimi bir dövlətin Müdafiə Katibinin qanunların aliliyini, insan haqlarını, söz və fikir azdlığını açıq-aşkar pozan Səfər Əbiyevi səfərə dəvət etməsi, hələ üstəlik onun şərəfinə təntənəli qarşılama mərasimi düzənləməsi başa düşülən hal deyil. 

“Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi bu səfərlə əlaqədar 07.08.2013-cü il tarixində bəyanat yayaıb. Təəssüf ki, sizin ölkənizin Bakıdakı səfirliyi tərəfindən indiyədək bizim bəyanətə münasibət bildirilməyib". 

Bütün yuxarıda göstərilənlərə əsasən xahiş edirik:

1)Bu səfərlə əlaqədar “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi tərəfindən yayılan 07.08.2013-cü il tarixili bəyanata və bu müraciətə rəsmi münasibət bildirəsiniz.

2) Fəaliyyətində bu qədər qanun və insan haqları pozuntusuna yol verən bir məmura qarşı ABŞ-ın dövlət orqanları tərəfindən adekvat münasibət göstəriləmisinə dair tələbimizi nəzərə alasınız.