Səfər Əbiyevin daha bir silahdaşı həbs olundu

sefer-ebiyevin-daha-bir-silahdasi-hebs-olundu
Oxunma sayı: 4063


Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) yüksək rütbəli zabiti həbs edilib.

"Qafqazinfo" AzNews.az-a istinadən xəbər verir ki, HDQ-nın II dərəcəli kapitanı, polkovnik-leytenant Hüseynov Seyfi Ramazan oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. S. Hüseynov HDQ-nın ərzaq təminatı xidmətinin rəisi vəzifəsində çalışıb. II dərəcəli kapitan vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, dövlət əmlakının mənimsəməkdə ittiham olunur. 

Xatırladaq ki, həbs olunan zabit keçmiş müdafiə naziri Səfər Əbiyevin və HDQ-nın komandiri, vitse-admiral Şahin Sultanovun yaxın adamı kimi tanınıb. 

Qeyd edək ki, bu yaxınlarda Hərbi Dəniz Qüvvələrinin (HDQ) daha bir əməkdaşı həbs olunmuşdu.