Səfər Mehdiyev səfirlə görüşdü - Foto

sefer-mehdiyev-sefirle-gorusdu
Oxunma sayı: 2147

Sentyabrın 19-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Latviya arasında mövcud əməkdaşlıqdan bəhs edib, tərəflər arasında əlaqələrin bütün sahələri əhatə etdiyini vurğulayıb, bundan sonra da qarşılıqlı fəaliyyətin, birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu bildirib.

S. Mehdiyev, eyni zamanda, gömrük sahəsində şəffaflığın artırılması və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsilə bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.

Azərbaycan və Latviya gömrük xidmətləri arasında mövcud əməkdaşlıqdan söhbət açan DGK sədri əlaqələrin daha da intensivləşdirilməsinin, ticarət dövriyyəsinin artırılması istiqamətində səylərin daha da gücləndirilməsinin vacibliyinə toxunub, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Səfər Mehdiyev bir sıra ölkələrin gömrük qurumları ilə ilkin məlumat mübadiləsinin həyata keçirilməsinə dair sazişin imzalandığını, anoloji sənədin Latviya və Azərbaycan gömrük xidmətləri arasında imzalanmasının zəruriliyini qeyd edib.

Səfir Yuris Maklakovs Riqada Azərbaycan Ticarət Evinin fəaliyyət göstərdiyini, orada “Made in Azerbaijan” brendi altında müxtəlif malların, o cümlədən kənd təsərrüfatı məhsullarının satışının həyata keçirildiyini məmnunluqla dilə gətirib.

Latviyalı diplomat iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının daha da gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.