Səfər Mehdiyev ÜGK-nin baş katibinin müavini ilə görüşüb

Səfər Mehdiyev ÜGK-nin baş katibinin müavini ilə görüşüb
Oxunma sayı: 428

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüş Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib.

Qonağı salamlayan S.Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın təmin olunması istiqamətində atılan addımlardan və gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Vurğulanıb ki, Azərbaycan gömrüyü bu gün dünya gömrük ailəsinin etibarlı üzvüdür.

ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran Səfər Mehdiyev, eyni zamanda, Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakına görəqonağa təşəkkürünü bildirib.

Rikardo Trevino Çapa Azərbaycana səfərindən, eləcə də Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakından məmnunluğunu bildirib. Təmsil etdiyi təşkilatda Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini vurğulayan qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi