Səfər qolu ləğv ediləcək? - Məşqçilərdən müraciət

sefer-qolu-legv-edilecek
Oxunma sayı: 2911

Məşhur baş məşqçilər UEFA-ya müraciət ünvanlayıb.  

“Qafqazinfo” xəbər verirki, onlar qitəmiqyaslı klub yarışlarında səfər qolu qaydasına yenidən baxılmasını xahiş ediblər. Bu barədə UEFA-nın yarışların təşkili üzrə direktoru Corco Marketti təcrübəli mütəxəssislərin İsveçrənin Nyon şəhərindəki forumundan sonra açıqlama verib.  

O, məsələyə baxacaqlarını bildirib: "Məşqçilərin fikrincə, indi səfərdə qol vurmaq heç də çətin deyil.  Onlar hesab edirlər ki, futbolda vəziyyət dəyişik və indi səfər qolunun əhəmiyyəti bu qaydanın tətbiq olunduğu uzun illər əvvəlki kimi deyil. Biz bu müraciətlə bağlı müzakirələr aparacağıq". 

Qeyd edək ki, forumda Massimiliano Alleqri ("Yuventus", İtaliya), Karlo Ançelotti ("Napoli", İtaliya), Rafael Benites ("Nyukasl", İngiltərə), Şenol Güneş ("Beşiktaş", Türkitə), Xulen Lopetegi ("Real", İspaniya), Joze Mourinyo ("Mançester Yunayted", İngiltərə), Tomas Tüxel (PSJ, Fransa), Unay Emeri ("Arsenal", İngiltərə) və Arsen Venger (işsiz) kimi təcrübəli çalışdırıcılar iştirak edib.